Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

34 milyonluq malikanəni 64 milyonluqla əvəzlədilər - FOTO

34 milyonluq malikanəni 64 milyonluqla əvəzlədilər - FOTO

Tarix: 11 Mart 2023 03:22

Dünyaca məşhur Cennifer Lopez və Ben Afflek cütlüyü həm kədər, həm də sevinc içində yaşayacaqları ailə yuvası axtarmağa davam edir. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bir ay əvvəl cütlük Los-Ancelesin Sakit Okean Palisades bölgəsində 34 milyon dollara malikanə almaq üçün müqavilə imzalayıblar, lakin sonda razılaşmadan imtina ediblər. 

Buna səbəb isə cütlüyün daha bahalı yeni mülkü bəyənmələri olub. Aşiqlərin çox bəyəndiyi ev isə 64 milyon dollara satılır. 

Ben və CeyLo 64 milyon dollarlıq dəbdəbəli evə aşiq olublar. Mülk onların bəyəndikləri digər malikanə ilə eyni ərazidədir, lakin daha lüksdur. 

1500 kvadratmetrlik malikanədə səkkiz yataq otağı, on bir vanna otağı, idman zalı, kinoteatr və oyun otağı var. 

Bundan əlavə, mülkün 46 hektar ərazidə qonaq evi, geniş həyəti, hovuzu və açıq kaminli istirahət zonası var. Və mələklər şəhərinin panoramik mənzərəsi. 

Milli.Az


Etiketlər:  milyonluq malikanəni milyonluqla əvəzlədilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ