Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə sahibkarlarla görüş keçirilib - FOTO

Gəncədə sahibkarlarla görüş keçirilib - FOTO

Tarix: 11 Mart 2023 13:40

Sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər görüləcəkdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Gəncə İş Adamları İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində sahibkarlarla görüş keçirilib.

KOBİA-dan Milli.Az-a verilən məlumata görə, tədbirdə Gəncədə sənaye, turizm və ticarət sahələrində fəaliyyət göstərən 40-a yaxın sahibkar, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların çətinliklərini, biznesin inkişafı üçün ehtiyaclarını və təkliflərini dinləyib, sahibkarlığa göstərilən mövcud dəstək mexanizmləri, bu sahədəki yeniliklər, KOBİA tərəfindən təmin edilən dövlət dəstəyi və xidmətlər barədə məlumat verib. Sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli və səsləndirilən təkliflərin icrası məqsədilə aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Milli.Az


Etiketlər:  Gəncədə sahibkarlarla görüş keçirilib FOTO


RƏYLƏR