Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2023 18:24
Dünya şöhrətli aşpaz Nüsrət Gökçə yenidən Türkiyə üçün xarici ölkələri yardıma çağırıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, ulduz aşpaz təyyarəyə sloqan taxaraq onu göyə qaldırıb.
O, həmin görüntüləri sosial media hesabında paylaşıb. İngiliscə yazıda "HELP FOR TURKİYE #SALTBAE" yazılıb.
Nüsrət ifaçı Mustafa Yıldızdoğanın "Bizim Məmləkət" mahnısını da yayımladığı görüntülərə əlavə edib.
Onun bu addımı isə sosial şəbəkə əhli tərəfindən rəğbətlə qarşılanıb.