Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öləcəyini neçə il əvvəldən proqnozlaşdırmaq olar?

Öləcəyini neçə il əvvəldən proqnozlaşdırmaq olar?

Tarix: 12 Mart 2023 08:48

Bağırsaqlarda zərərli bakteriyaların olması və miqdarı insanın həyat tərzindən asılıdır, bu da öz növbəsində həyatın keyfiyyətinə və müddətinə təsir göstərir.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Finlandiyanın Turku Universitetinin alimləri bildiriblər ki, bağırsaq mikroflorasının tərkibini təhlil etməklə bir insanın ölüm riskini on ildən çox öncədən proqnozlaşdırmaq olar.

Tədqiqatçılar öz nəticələrini 2002-ci ildə götürülmüş nəcis nümunələrinin təhlili və analizin aparıldığı şəxslərin 15 illik təqibinə əsaslandırır. Ekspertlər enterobakteriyalar ailəsindəki mikroblar ilə qastroenteroloji və tənəffüs səbəblərindən ölüm riskinin artması arasında aydın bir əlaqə tapa bildiklərini söyləyirlər.

Alimlər ilk dəfə deyil ki, artan enterobakteriyaların bağırsaq xərçəngi və iltihablı bağırsaq xəstəliyi ilə əlaqəsini qeyd edirlər. Ancaq bu əlaqənin səbəbli olub olmadığı hələ müəyyən edilməyib.

Tədqiqatın müəlliflərindən biri bildirib ki, bu tədqiqatda istifadə edilən məlumatlar ilk dəfə olaraq insan bağırsaq mikrobiotasının əhali səviyyəsində uzunmüddətli sağlamlığa təsirlərini öyrənməyə imkan verir.

Ekspertlər qeyd edirlər ki, insan ömrünün uzunluğu ilə bağırsaqdakı bakteriyalar arasında əlaqəni qəti şəkildə qurmaq üçün daha çox araşdırmaya ehtiyac var. Bununla belə, onların vurğuladığı kimi, bu, mikrobiotanın tərkibi ilə həyat müddəti arasında əlaqəyə işarə edən ilk araşdırmadır.


Etiketlər:  Öləcəyini neçə əvvəldən proqnozlaşdırmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ