Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

Əfqanıstanda Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

Tarix: 12 Mart 2023 16:40

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının azı 10 tərəfdarı ölkənin cənubunda yerləşən Hilmənd əyalətində zəhərlənmə nəticəsində ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bazar günü yerli mənbəyə istinadən Khaama Press agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü əyalətin mərkəzi hissəsində baş verib. Ən azı 10 radikal zəhərlənmiş yemək yeyib və tezliklə ölüblər, onların hamısı Taliban keçid məntəqəsini mühafizə edirdi.

Mənbə bunun planlaşdırılmış hadisə olduğunu iddia etsə də, insidentdə hansı təşkilatın əli ola biləcəyi barədə ətraflı məlumat verməyib.

Məlumata görə, Taliban tərəfindən təyin edilmiş yerli administrasiya nümayəndələri Hilmənddə öz yaraqlılarının ölümünü təsdiq etmir və bunu gizlətməyə çalışırlar.


Etiketlər:  Əfqanıstanda Talibanın azı nəfər silahlısını zəhərləyərək öldürüblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ