Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-də Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə ETİRAZ

BMT-də Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə ETİRAZ

Tarix: 12 Mart 2023 21:58

Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir, bu barədə "Guardian" nəşri yazır.

BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır.

"Beləliklə, nə qədər ki, dövlət universitetlərində ingilis dili istifadə olunur, Korsika dili qadağandır", - deyə BMT nümayəndəsi vurğulayıb.

Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir.


Etiketlər:  Fransanın Korsika adasında korsikan dilinin istifadəsini qadağan etməsinə ETİRAZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ