Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşçilərin tətilindən sonra Paris küçələrində 4 500 ton zibil yığılıb

İşçilərin tətilindən sonra Paris küçələrində 4 500 ton zibil yığılıb

Tarix: 12 Mart 2023 23:30

Zibil yığanların pensiya islahatına qarşı tətil etməsi səbəbindən artıq Parisdə zibil qutularının daşması şəhər sakinləri üçün gündəlik hadisədir.

Milli.Az APA-ya istinadən bildirir ki, Paris küçələrində 4500 ton tullantı yığılıb.

Hətta Parisin ətrafında da sakinlər paytaxtda qalaqlanan zibilin üfunət iyini hiss etməyə başlayıblar.

Yayın ortası qədər pis olmasa da, zibillərin yığılmaması sanitar-gigiyenik problemlər yaradır. Siçovulların artacağı qorxusu var.

Cümə günü, martın 10-da meriya beş günlük tətildən sonra 4500 ton yığılmamış tullantının olduğunu açıqlayıb.

Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar. Bu tətilin nəticəsində də Parisdə zibillər aşıb-daşmağa başlayıb.

Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib. Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub. Bu səbəbdən də Fransada insanlar tətil edir, işə çıxmır. Sonda isə yığılıb qalan zibillərin üfunəti Parisin ətraf rayonlarında belə hiss edilir.

Bu vəziyyətin tezliklə düzələcəyi ehtimalı çox azdır, çünki 15 martdan başlayaraq, artıq yeni tətillərə çağırış edilib.

Milli.Az


Etiketlər:  İşçilərin tətilindən sonra Paris küçələrində 4 500 ton zibil yığılıb


RƏYLƏR