Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 07:42
İran hakimiyyəti məktəblərdə zəhərlənmə ittihamı ilə yüzdən çox adamı həbs edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlardan bəziləri "fəsad ucbatından", digərləri isə "əhalini və tələbələri dəhşətə gətirmək, məktəbləri bağlamaq və İrana qarşı skeptisizm yaratmaq məqsədilə" zərərsiz, xoşagəlməz iyli maddələrdən istifadə ediblər. Sonuncuların terror təşkilatları ilə əlaqəsi yoxlanılır.
Qeyd edək ki, əsasən qızlardan ibarət hər iki cinsdən olan 1 000-dən çox məktəbli zəhərlənib. Onların bəziləri xəstəxanada müalicə almalı olublar.