Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 17:39
Bakı. Trend:
Şirvan şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin