Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2023 11:57
Sosial şəbəkələrdə rus sülhməramlı kontingetinin 2 UAZ "Patriot" avtomobilinin erməni separatçılarının 3 UAZ maşınını müşayiət etdiyi yeni kadrlar yayılıb.
Maşınlar Xankəndi-Xəlfəli-Turşsu yolu ilə hərəkət edirlər.
Daha əvvəl Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən qanunsuz erməni silahlı birləşmələri üçün silah, döyüş sursatı, mina, ləvazimat və digər hərbi vəsaitin tədarükü, habelə bu yolla şəxsi heyətin döyüş mövqeyinə aparılması və rotasiyası Azərbaycanın suverenliyini və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmaqla Azərbaycana qarşı hərbi təcavüzün davam etdiyindən xəbər verir.
Baş verən hadisələr bir daha Azərbaycan rejimi tərəfindən Laçın yolu üzərində nəzarətin müəyyən edilməsinin zəruri və qaçılmaz olduğunu təsdiqləyir.