Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 13 Mart 2023 23:54
Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatında yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.
"Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək" - məlumatda qeyd olunur.
Milli.Az