Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 13:10
ABŞ-da Konqres ilə Bayden administrasiyası arasında "Vaqner" qrupunun terror təşkilatı siyahısına daxil edilib-edilməməsi ilə bağlı mübahisə gedir.
Sonxeber.net Azar.az-a istinadən xəbər verir ki, bu barədə "Hill" nəşrinin məlumatında bildirilib.
Qeyd olunub ki, daha öncə Bayden administrasiyası artıq "Vaqner" qrupunu qlobal cinayət təşkilatı kimi tanıyıb və müvafiq sanksiyalar tətbiq edib. Lakin ABŞ Konqresi daha da irəli getmək istəyir və Dövlət Departamentini qruplaşmanı terrorçu kimi tanımağa çağırır.
Demokratlar və respublikaçılardan ibarət yeddi senatordan ibarət qrup artıq "Vaqner"i terror təşkilatı kimi tanıtmaq üçün qanun layihəsi hazırlayıb. Belə bir status transmilli cinayətkar təşkilatın mövcud statusundan daha sərt sanksiyalara gətirib çıxara bilər.
Adının çəkilməsini istəməyən məlumatlı mənbə jurnalistlərə bildirib ki, Bayden administrasiyası ABŞ-ın Afrikadakı diplomatik səylərinə zərər verəcəyindən ehtiyat edərək qanuna qarşı çıxır.
"Vaqner"in fəaliyyətinin Sudan, Liviya, Mərkəzi Afrika Respublikası, Mozambik, Mali, Burkina-Faso, Kamerun və Çad kimi ölkələri əhatə etdiyi güman edilir.