Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır

Prezident: Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır

Tarix: 14 Mart 2023 17:27

Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olat Şolts ilə mətbuata bəyanatında söyləyib.

"Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az


Etiketlər:  Prezident Avropa İttifaqı Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır


RƏYLƏR