Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 18:46
Boliviya çempionatının 6-cı turunda "Atletiko Palmaflor" - "Bluminq" oyununda gərgin anlar yaşanıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, matçın əsas vaxtına 41 dəqiqə əlavə olunub. Buna səbəb oyun zamanı bəzi epizodlara görə VAR yoxlanışı üçün 20 dəqiqədən çox zamanın getməsidir. Həmçinin 4-cü hakim əvvəlcədən elan etdiyi əlavə vaxt 10 dəqiqə olub.
Əlavə olunmuş vaxt zamanı 90+24-cü dəqiqədə Xose Luis Sinisterra "Bluminq"in bərabərlik qolunu vurub və hesabı 2:2 edib. Lakin 90+38-ci dəqiqədə Conatan Kanate dubl edərək yenidən "Atletiko Palmaflor"u önə çıxarmağı bacarıb. Bununla da oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə olunmuş 41 dəqiqə ərzində 2 qırmızı vərəqə də göstərilib.
Boliviya çempionatı, 6-cı tur
"Atletiko Palmaflor" - "Bluminq" - 3:2
Qollar: Conatan Kanate, 19-pen; 90+38, Alvarez Varqas, 82-pen. - Qaston Rodriqez Maeso, 86, Xose Luis Sinisterra, 90+24
Qırmızı vərəqələr: Sezar Menaço, 20+21, Miqel Bekerra, 90+24 (hər ikisi "Bluminq")