Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2019 19:56
Bakı. Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır.
İnstitutdan Trend-ə verilən məlumata görə, yeni yaradılmış mərkəzin könüllüləri MEK “Vikipediya” Metodik Mərkəzinin təlimlərinin iştirakçılarıdır.
Onlar “Vikipediya”da dini və digər mövzularda məqalələrin yaradılması və redaktə olunması ilə məşğul olacaqlar.
Aİİ rektoru Ceyhun Məmmədov “Vikipediya” könüllüləri ilə görüşərək onlara uğurlar arzulayıb. Bildirib ki, İnstitutda “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələrin yerləşdirilməsi baxımından əhəmiyyətlidir. C.Məmmədov “Vikipediya”nı müasir dünyamız üçün önəmli ensiklopedik resurs adlandırıb: “Bu vasitə ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün mütləq fəal olmalıyıq. “Vikipediya” qeyd etdiyim fəaliyyət yönündə bizə yeni imkanlar yaradır”. O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə aktiv olmağı tövsiyə edib.
Məlumat üçün bildirək ki, hazırda “Vikipediya” Metodik Mərkəzi Tədris; Beynəlxalq təcrübənin öyrənilməsi; Monitorinq; Məsləhət xidməti; İnformasiya təminatı; Təbliğat; Elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərir. Mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayarılar.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrinin ictimai fəaliyyətdə fəal iştirakını təmin etmək, onların fərdi bacarıqlarının, intellektual səviyyələrinin, polemika qabiliyyətinin artırılması məqsədilə müxtəlif layihələr həyata keçirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin