Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-dan Rusiyaya AĞIR İTTİHAM

ABŞ-dan Rusiyaya AĞIR İTTİHAM

Tarix: 15 Mart 2023 08:12

Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yaradılması üzərində işləməyə davam edir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

"Birləşmiş Ştatlar hesab edirlər ki, Rusiya bioloji silahlar haqqında Konvensiyadan irəli gələn öhdəlikləri pozaraq hücum xarakterli bioloji silah proqramını dəstəkləməkdə davam edir", - xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Kreml öz təcavüzünə haqq qazandırmaq üçün illərdir Ukraynadakı qondarma biosilah laboratoriyaları haqqında dezinformasiya yayır. Bu məqsədlə Kremlin nəzarətində olan mətbuat, Rusiya kəşfiyyatına bağlı informasiya saytları və qondarma ekspertlər cəlb olunub:

"Bu subyektlər çoxlu sayda səslərin bir-birini təkrarlaması illüziyasını yaratmaq məqsədilə daim, damla-damla, informasiya mühitini yalançı narrativlərlə doldurmaq üçün birlikdə çalışırlar".

Milli.Az


Etiketlər:  ABŞ dan Rusiyaya AĞIR İTTİHAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ