Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2023 10:06
Çində 2014-cü ildə avtomobil qəzasında öldüyü və yandırıldığı güman edilən Çjo Kanluo adlı kişi bu yaxınlarda sağ tapılıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, qəzadan sonra yaxınları və dostları guya onun yol kənarındakı meyitin kişiyə aid olduğunu müəyyən ediblər. Qəzadan sonra Çjonun qardaşı oğlu cəsədi yarılmadan kremasiya (yandırmaq) etmək qərarına gəlib.
Lakin 9 il sonra kənddə qəfildən qəribə davranışı ilə yerli hakimiyyət orqanlarının diqqətini çəkən bir kişi peyda olub. DNT analizi "ölümündən" uzun illər keçməsinə baxmayaraq, onun Çjo olduğunu sübut edib.
Məlumata görə, kişi nəvəsi ona baş çəkərkən göz yaşlarına boğularaq qohumlarının adlarını yazıb. İndi Çin səlahiyyətliləri 2014-cü ildə Çjou ilə səhv salınan adamın şəxsiyyətini müəyyənləşdirməyə çalışır.