Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2023 16:52
Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın sözün əsl mənasında tranzit ölkə kimi rolu daha da güclənəcək. Elə bu məqsədlə orta dəhliz vasitəsilə tranzit yüklərin daşınması üçün gömrük prosedurları sadələşdirilir və işlər vahid portal vasitəsilə "Bir pəncərə" prinsipi ilə həyata keçiriləcək.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu fikirləri Dövlət Görmük Komitəsinin sədri Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, bu portal mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilən gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq.
Komitə sədri əlavə edib ki, bu cür rəqəmsal həllər ölkəmizin tranzit potensialını daha da artıracaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: