Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" üçün məsləhət gördülər - Şuaybu, Oduva, Bayramov...

Tarix: 16 Mart 2023 22:34

Nəhayət, "Qarabağ"la "Qalatasaray" arasında yoxlama görüşünün baş tutacağı rəsmi təsdiqini tapdı.

Tərəflər martın 26-sı Bakı Olimpiya Stadonunda üz-üzə gələcək.

Təbii ki, bu xəbər hər iki komandanın da fanatlarını sevincə qərq etdi.

Amma narahatlıq da yox deyil.

Belə ki, qarşılaşmanın milli komandaların oyunları ərəfəsinə təsadüf etməsi tərəflərin optimal heyətlə meydana çıxmasını əngəlləyir.

Hətta ağdamlılar futbolçu sayını düzəltməkdə belə çətinlik çəkə bilər.

Çünki əksər vaxt çox sayda futbolçusu milli komandalara dəvət alan təmsilçimiz indiki halda həm də bir neçə oyunçusunun zədəli olmasından əziyyət çəkir.

Əbəs deyil ki, durumun çətinliyin gözəl başa düşən baş məşqçi Qurban Qurbanov digər klublardan oyunçu götürə biləcəklərini mətbuata açıqlamasında dilə gətirib.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin bu fikirləri sosial şəbəkələrdə müxtəlif cür qarşılanıb.

Kimisi qərar qarşı çıxıb, kimisi də öz namizədini baş məşqçiyə təqdim edib:

"Neftçi"dən Lebon, Brkiç, "Sabah"dan Kaşuku mütləq götürün.

"Lazım deyil, məncə. Sonra deyəcəklər ki, "Qalatasaray" Azərbaycan futbolundan böyükdür".

"Nathan Oduva. Bir az futbol şousu olsun".

"Saldaniya".

"Başqa klublardan oyunçu alınacaqsa, öz millətimizin oğulları oynasın, legionerlər yox".

"Hocam, necə məsləhətdi elə olsun. Sənə güvənirik. Məncə, Şuaybu və Oduva gəlsin".

"Şamaxı"dan Fuad Bayramov".

Əlavə olaraq bildirək ki, əksəriyyət daha çox Emin Mahmudovun adını çəkib. Onun ən azından bu görüşdə "Köhlən atlar"ın formasında meydana çıxmasını arzulayıb.

Lakin şərh yazan başqa izləyicilər haqqlı olaraq irad bildiriblər ki, bu mümkün deyil. Çünki Mahmudov həmin günlər əsas milli komandanın düşərgəsində olacaq.

Milli.Az


Etiketlər:  Qarabağ üçün məsləhət gördülər Şuaybu Oduva Bayramov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ