Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edilib

Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edilib

Tarix: 17 Mart 2023 08:26

Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda "TikTok" sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "New Zealand Herald" nəşri yazıb.

Quraşdırılmış "TikTok" tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.

Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib ki, millət vəkilləri və parlamentin bütün əməkdaşlarına "TikTok"un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat verilib:

"Parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir. Peşə vəzifələrini yerinə yetirmək üçün buna ehtiyacı olanlar üçün güzəştlər ediləcək".


Etiketlər:  ölkədə deputatlara TikTokdan istifadə qadağan edilib


RƏYLƏR