Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır - VİDEO - FOTO

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır - VİDEO - FOTO

Tarix: 17 Mart 2023 12:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, 8 ədəd nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən ölkəmizə yola düşüb.

Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2000 ədəd oturacaq, 8000 ədəd geyim dəsti, 20000 cüt corab, 7000 ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19330 nəfər zərərçəkmiş Nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.

Milli.Az


Etiketlər:  FHN in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə qayıdır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ