Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibədən sonra İrəvanda olan ilk türk telekanalı: ''Gərginlik hələ də davam edir''

Müharibədən sonra İrəvanda olan ilk türk telekanalı: ''Gərginlik hələ də davam edir''

Tarix: 17 Mart 2023 13:46

Bəlli olduğu kimi, Türkiyə və Ermənistanın futbol üzrə milli komandaları 13 ildən sonra ilk dəfə üz-üzə gələcək. Bununla bağlı Türkiyənin "CNN Türk" kanalı oyunqabağı Ermənistan paytaxtından reportaj hazırlayıb.

Reportajda bildirilir ki, Vazgen Sarkisyanın adını daşıyan stadionda keçiriləcək oyuna diqqət yüksəkdir. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Türkiyə və Ermənistan milli komandaları arasında oyun keçiriləcək. Erməni mətbuatında yer alan xəbərə görə, UEFA matçın qonaq komandanın tamaşaçısı olmadan keçirilməsinə qərar verib. Ermənistan Futbol Federasiyası bu qərarın UEFA tərəfindən gərginliyin artması ehtimalına qarşı verildiyini və belə bir tələbin Türkiyə Futbol Federasiyası və ya özləri tərəfindən çatdırılmadığını qeyd edib. Sentyabrda Türkiyədə keçiriləcək cavab matçında da eyni qayda tətbiq olunacaq. Ermənistandan tamaşaçı olmayacaq.

Müəllif bildirir ki, bu oyun birinci deyil. İki komanda sonuncu dəfə 2008 və 2019-cu illərdə üz-üzə gəlib. Amma bu matçın vaxtı daha önəmlidir. "Çünki 2022-ci ildə Qarabağ müharibəsi və ondan sonrakı normallaşma prosesindən sonra komandalar ilk dəfə qarşılaşacaqlar. Regionda gərginlik yüksəkdir. Gərginlik hələ də davam edir. Bu çərçivədə CNN TÜRK 2022-ci il müharibəsindən dərhal sonra bölgəyə gələn Ermənistana akkreditə olunmuş ilk xəbər kanalı oldu", - deyə müəllif bildirib.

Azər Nuriyev


Etiketlər:  Müharibədən sonra İrəvanda olan türk telekanalı Gərginlik hələ davam edir


RƏYLƏR