Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın qulağındakı pambığa görə komaya düşdü - FOTO

Qadın qulağındakı pambığa görə komaya düşdü - FOTO

Tarix: 18 Mart 2023 20:12

Rusiyanın Buryatiya bölgəsində bir qadın qulağını təmizlədikdən sonra komaya düşüb. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı xəstə başgicəllənmə, ürəkbulanma, qulaqdan irinli axıntı şikayətləri ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər onun qulaq kanalında pambıq parçası aşkar ediblər.

Məlum olub ki, qadın qulağını təmizləyərkən pambığı orada unudub. Bir müddət sonra pambıq qulaqda çürüməyə başlayıb və infeksiya beyinə nüfuz edib. 

Nəticədə yaşlı qadın iki ağır əməliyyat keçirməli olub. Hazırda qadının vəziyyəti yaxşıdır, o, komadan çıxıb. Ancaq hələ də danışa bilmir. 

Həkimlər insanları evdə müalicə zamanı diqqətli olmağa çağırıb. 

Milli.Az


Etiketlər:  Qadın qulağındakı pambığa görə komaya düşdü FOTO


RƏYLƏR