Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Soyuq olmasa belə üşüyürsünüzsə, oxuyun

Soyuq olmasa belə üşüyürsünüzsə, oxuyun

Tarix: 19 Mart 2023 11:42

Hava çox soyuq olmayanda belə üşüyürsünüzsə, bu, bir çox xəstəliklərin xəbərçisi ola bilər. Belə ki, bu xəstəliklərin ən birincisi qanda dəmirin azalması ilə baş verən anemiyadır. Bundan əlavə, ateroskleroz və anoreksiya üşüməyin başlıca səbəbləri arasında yer alır.

Milli.Az Axşam.az-a istinadən bunu aradan qaldıra biləcək üsulları və qəbul edilməli olan qidaların siyahısını təqdim edir.

Başlamazdan əvvəl onu da qeyd edək ki, bəzi qadınlar tsikl zamanı çox qan itirdiyi üçün bədənin müqaviməti azalır və immunitet sistemi zəifləyir. Bu dövrdə bol su içilməli və bədənin maye ehtiyacını ödəyən qidalar istehlak edilməlidir.

Bəs bədənin temperaturunun aşağı olması nədən qaynaqlanır?

Buraya siqaretdən istifadə, spirtli içki istehlak etmək, nizamsız yuxu, qidalanma daxildir. Xroniki yorğunluq, əsəb və ürək döyüntüsü üşümə ilə birlikdə müşahidə olunan əlamətlərdir. Stres, psixoloji amillər ani titrəməyə və qıcolmalara səbəb ola bilər.

Bundan necə qurtulmaq olar?

İlk olaraq hansı səbəbdən üşüdüyünüzü müəyyən etməlisiniz. Məsələn, qanda zülal səviyyəsinin azalması nəticəsində üşümə şikayətləri varsa, şəxs qidalanmasına və yuxu rejiminə fikir verməlidir. Pəhriz, nizamsız qida qəbulu qan azlığına və titrəməyə səbəb olur.

Şəxsin yalnız soyuğu ayaqlarında hiss etməsi isə hipertoniyanın ən çox müşahidə edilən əlamətlərindəndir. Qan təzyiqini normada saxlamaq üçün bol meyvə, göyərti və tərəvəz istehlak edilməli, gündə ən az 2 litr su içilməlidir.

Üşüməni azaldan qidalar hansılardır?

1. Kişmiş

C və E vitaminləri ilə zəngin olan kişmiş orqanizmin enerji ehtiyacını ödəyir. Bu, daxili orqanların daha sağlam işləməsini təmin edir və bədən istiliyini normada saxlayır.

2. Çərəzlər

Xüsusilə qoz və badam tez-tez - soyuq olmasa belə titrəyənlər üçün faydalıdır.

3. Bitki çayları

Nanə, çobanyastığı, itburnu və zəncəfil dəmləyib işməklə bədən temperaturunun normada qalmasına kömək edə bilərsiniz.

4. Küncüt bəkməzi

Qan əmələ gətirmə xüsusiyyətləri ilə tanınan küncüt və onun bəkməzini ayrı və ya birlikdə istehlak edilə bilərsiniz.

Milli.Az


Etiketlər:  Soyuq olmasa belə üşüyürsünüzsə oxuyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ