Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 15:52
"Dinləmə", "Fringe" filmlərində canlandırdığı obrazlarla məşhurlaşan aktyor Lens Reddik vəfat edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, 60 yaşlı aktyorun cəsədi ötən gün Los-Ancelesdə evində tapılıb. Onun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, Lens son vaxtlar "Con Uik" franşizasının 4-cü bölümü ilə bağlı işlərlə məşğul idi və gələn həftə təqdimatlara qatılması planlaşdırılırdı.