Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 22:34
Əgər Ukrayna döyüş meydanında müstəqilliyini müdafiə edə bilməyəcəksə, o zaman Polşa ordusu Rusiya ilə münaqişənin birbaşa iştirakçısına çevrilməli olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski deyib.
Diplomatın fikrincə, Ukrayna böhranı ilk növbədə Qərbin əsas dəyərləri və mədəniyyəti uğrunda gedən döyüşdür:
"Ona görə də, onları müdafiə etmək çox vacibdir. Əgər Ukrayna müstəqilliyini müdafiə edə bilməsə, Polşanın münaqişəyə girməkdən başqa yol qalmayacaq" ,- o bildirib.