Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”

Ağ Ev: “ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”

Tarix: 20 Mart 2023 15:12

Ağ Evin sözçüsü Con Kirbi bildirib ki, ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Fox News"a danışıb.

"Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü - Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni adamlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək"- deyə, o bildirib.

O əlavə edib ki, ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü vaxtında baş tutacaq.

Milli.Az


Etiketlər:  Ev ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ