Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlaxda itkin düşən yeniyetmələr tapıldı - YENİLƏNİB - FOTOlar

Yevlaxda itkin düşən yeniyetmələr tapıldı - YENİLƏNİB - FOTOlar

Tarix: 20 Mart 2023 21:28

21:25

Dünən itkin düşdüyü ehtimal edilən yeniyetmələr tapılıb.

Teleqraf.com xəbər verir ki, martın 19-da Yevlax rayonunda itkin düşdüyü bildirilən bir qrup yeniyetmə tapılıb.

Onların dostlarından birinin əmisi evində bayram yığıncağına gedib və orada gecələdikləri məlum olub.

---------

17:49

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

DİN Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi"nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 - 45 - 02 şəhər və (055) 537 - 87 - 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.

Milli.Az


Etiketlər:  Yevlaxda itkin düşən yeniyetmələr tapıldı YENİLƏNİB FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ