Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi – FOTO

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi – FOTO

Tarix: 20 Mart 2023 21:52

İngilis cütlük divarlardan bal süzülməyə başlayanda evlərinin nəhəng arı pətəyinə çevrildiyini aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Keyt Dempsinin sözlərinə görə, o, əri ilə birlikdə evlərinin divarlarında bir neçə tünd ləkə görüb. Sonradan bunun bal olduğu məlum olub. Təəccüblənən cütlük döşəmədə kiçik bir dəlik açaraq orada iki metrlik nəhəng arı pətəkləri və litrlərlə bal tapıblar.

"Biz heç vaxt belə bir şey görməmişdik", - deyə Keyt bildirib

Cütlük kömək üçün mütəxəssislərə müraciət etsə də, onlar öz xidmətlərinə görə ailədən külli miqdarda pul tələb ediblər Belə olan halda Keyt və əri arıların izlərini təmizləmək üçün dostlarını köməyə çağırıblar.

"Hər şey keçən ilki çox isti yayda başladı. Yataq otağımızın divarından aşağı qara yapışqan bir maddənin damcıladığını gördük", - Dempsi xatırlayır.

Cütlüyün sözlərinə görə, arılar onları narahat etməyib, ona görə də bu kəşf onlar üçün tamamilə sürpriz olub. Ümumilikdə, bütün balı çıxarmaq üçün Kate və əri təxminən dörd həftə əziyyət çəkiblər.

"Biz hamımız arıları narahat etməmək və onları öldürməmək üçün əlimizdən gələni etdik", - deyə britaniyalı bildirib.

Milli.Az


Etiketlər:  Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ