Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2023 11:52
ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-York məhkəməsində cinayət işi açılsa belə, ictimaiyyətin gözü qarşısında qandallanmayacaq və həbs edilməyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, ittiham irəli sürüləcəyi təqdirdə, Trampın barmaq izi alınacaq və cinayət işi üçün onun profilində və sifətinin şəkli tam çəkiləcək.
Eks-prezident ABŞ Məxfi Xidmətinin nəzarəti altında qalacaq və əlləri qandallanmayacaq.
Bundan başqa, Trampa qarşı ciddi cinayət ittihamı irəli sürülməyəcək, ona görə də onun saxlanması məsələsi qaldırılmayacaq.
Tramp martın 18-də Manhetten dairə prokurorunun apardığı istintaqla əlaqədar martın 21-də saxlanacağını açıqlayıb.