Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2023 13:32
Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ukraynada 22 209 mülki itki qeydə alıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, 8 317 nəfər ölüb, 13 892 nəfər yaralanıb.
"İHAK hesab edir ki, real rəqəmlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən məlumat gecikdirilib və bir çox xəbərlər hələ də təsdiqlənməyib. Bunlar, misal üçün, mülki əhali arasında çoxsaylı itkilər barədə məlumatların olduğu Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetskə (Luqansk vilayəti) aiddir", - məlumatda bildirilib.
Martın əvvəlindən indiyədək 469 mülki itki qeydə alınıb ki, onlardan 113 nəfər həlak olub, 356 nəfər yaralanıb.