Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? - VİDEO

Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? - VİDEO

Tarix: 21 Mart 2023 20:56

Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi cərimə yazıb. Səbəb göstərib ki, daşıdığı yükün adı avtomobilin texniki pasportunda yoxdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxt sakini Taleh Rüstəmovun başına gəlib.

Sürücü deyir ki, çörək sexlərindən birində müqavilə əsasında işləyir və öz kiçik tutumlu yük avtomobili ilə mağazalara çörək daşıyır. Sürücü iddia edir ki, səhər saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı ona heç bir qayda pozmadığı halda ''saxla'' işarəsi verib.

Sürücü iddia edir ki, yol polisi onu əsassız yerə saxlayıb vaxtını almaqla yanaşı, ona cərimə də ödətdirib. O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini deyir.

Yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, avtomobilin tipi, rəngi və mühərriki dəyişdirilərkən təkrar qeyiyyatı olmalıdır. Əgər bunlar olmasa da yol polisi avtomobilin texniki-pasportunda daşıdığı yükün adının olmamasına görə ona cərimə yazmaq kimi bir səlahiyyəti yoxdur.

Mövzu ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, bu məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə ilə bağlı sürücüyə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ