Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özbəkistandakı zəlzələdən anbaan VİDEO

Özbəkistandakı zəlzələdən anbaan VİDEO

Tarix: 23 Mart 2023 16:14

Axşam saatlarında Özbəkistanın əksər bölgələrində güclü yeraltı təkanlar hiss olunub. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, titrəyişlər üfüqi xarakter daşıyıb. 

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Predikativ Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Əfqanıstanda olub. Onun maqnitudası 6,6, dərinliyi 220 km olub. 

Qeyd olunub ki, zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə cənub-şərq istiqamətində 561 km-dir.

Qeyd edək ki, zəlzələ Özbəkistanla yanaşı Pakistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanda da hiss olunub. Zəlzələdən sonra Özbəkistanın Daşkənd şəhərində əhali evlərini tərk edib. 

Həmin görüntüləri təqdim edirik.

Milli.Az


Etiketlər:  Özbəkistandakı zəlzələdən anbaan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ