Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakinini soydular

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakinini soydular

Tarix: 18 Oktyabr 2019 14:15

Bakı. Trend:

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakini soyğunçuluğa məruz qalıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərov oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bankomatdan çıxarmağa kömək istəyən Qobustan sakinini soydular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ