Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makrondan "UTANCVERİCİ" addım - Fransa lideri bu fürsəti qaçırdı

Makrondan

Tarix: 25 Mart 2023 07:44

İngiltərə kralı III. Çarlzın bazar günü Fransaya planlaşdırılan səfəri etirazlara görə təxirə salınıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə Yelisey Sarayı məlumat yayıb.

Açıqlamada bildirilir ki, 28 mart - çərşənbə axşamı Fransada pensiya islahatına qarşı yeni bir milli hərəkət günü elan edildikdən sonra Kral III. Çarlzın ölkəyə martın 26-29-na planlaşdırılan səfəri təxirə düşüb.

Qərar səhər saatlarında Fransa prezidenti Emmanuel Makron və Kral III Çarlz arasında telefon danışığı zamanı qəbul edilib. Kralın səfərinin vaxtının mümkün olan ən qısa zamana dəyişdiriləcəyi vurğulanıb.

Bukingem Sarayından verilən açıqlamada da səfərin təxirə salınmasının Fransadakı vəziyyətlə əlaqədar olduğu bildirilib. Makronun Britaniya hökumətindən səfərin təxirə salınmasını tələb etməsindən sonra qərarın bütün tərəflərin razılığı ilə verildiyi qeyd edilib. İngiltərə kralının paytaxt Parisə və Bordoya səfəri gözlənilirdi.

Fransa Həmkarlar İttifaqının (CGT) açıqlamasına görə, ölkədəki ictimai binaları bayraqlar, qırmızı xalçalar və mebellərlə təmin edən "Mobilier National" işçiləri Kralın planlaşdırılan ziyarət mərasiminin hazırlanmasına töhfə verməyəcək. Yelisey Sarayından verilən açıqlamada hazırlıqların tətil etməyən işçilər tərəfindən aparılacağı bildirilib.

Britaniya mətbuatı kral Çarlzın səfərinin Makronun tələbi ilə təxirə salınmasının "utancverici" olduğunu yazıb.

Fransız mediası isə təxirə salınma qərarının Fransanın imicinə xələl gətirdiyini iddia edib və bunu "qaçırılmış fürsət" kimi dəyərləndirib.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat bütün ölkədə etirazlara səbəb olub. Sözügedən qanunun qəbulu üçün Fransanın baş naziri Elizabet Borne konstitusiyadakı xüsusi maddədən istifadə edərək Fransa parlamentini prosesdən kənarlaşdırıb. Daha sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb.

Milli.Az


Etiketlər:  Makrondan UTANCVERİCİ addım Fransa lideri bu fürsəti qaçırdı


RƏYLƏR