Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2023 13:25
"Avroviziya" təmsilçimiz Samirə Əfəndi İspaniyanın Barselona şəhərində keçirilən "Barcelona Eurovision" partisində yer alıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
Müğənni "Mata Hari" və "Kleopatra" kimi mahnıları ilə səhnə alıb.
Qeyd edək ki, Efendi 2021-ci ildə Niderlanda ölkəmizi "Mata Hari" mahnısı ilə təmsil edərək 20-ci yeri tutub.
Məlumat üçün onu da bildirək ki, müsabiqə bu il Liverpul şəhərində keçiriləcək. Layihənin yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq. Azərbaycanı isə "Tell me more" ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcək.