Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İftar üçün maraqlı reseptlər

İftar üçün maraqlı reseptlər

Tarix: 27 Mart 2023 01:24

Milli.Az axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir:

Kələm şorbası

Ərzaqlar:
Kələm - 1 kq.
Kərə yağı - 1 xörək qaşığı
Soğan - 1 ədəd
Yaşıl soğan - 200 qr.
Kəvər - 200 qr.
Kök - 1 ədəd
Un - 1/4 stəkan
Mixək - 2 ədəd
Qaymaq - 2 xörək qaşığı
Yağsız pendir rəndəsi - 2 xörək qaşığı
Duz zövqə görə

Hazırlanması:
Kələmi yarpaqlarını ayıraraq yuyun. İncə doğradıqdan sonra bir az qaynadın. Bir qazana kərəyağını töküb əridin. Əvvəl incə doğranmış soğanı və yaşıl soğanı qızardın. Rəndələnmiş kökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin. Qarışığın üstünü örtəcək qədər su tökdükdən sonra kəvəri və mixəyi əlavə edərək, 45 dəqiqə bişirək. Ocaqdan götürməmişdən qabaq duz əlavə edin. Sonda rəndələnmiş pendiri səpin. Süfrəyə verərkən üzərinə 1 çay qaşığı qaymaq əlavə edin. 

Türlü
Ərzaqlar:
Sümüksüz quzu əti - 250 qr.
Təzə lobya - 150 qr.
Badımcan - 1 ədəd
Kabaçok - 1 ədəd
Soğan - 2 ədəd
Şirin bibər - 2 ədəd
Sarımsaq - 2 diş
Pomidor - 250 qr.
Ət bulyonu - 1 st.
Yağ - 4 xörək qaşığı
Duz və istiot zövqə görə

Hazırlanması:
Lobyanı, badımcanı, bibəri, pomidoru və kabaçoku təmizləyib, dördkünc şəkildə, soğanla sarımsağı isə çox xırda doğra. Əvvəlcədən isidilmiş tavaya yağı, əti və soğanı töküb qovur. Ət bir az yumşalandan sonra tərəvəzləri, sarımsağı, duzu və istiotu əlavə edib, bir qədər qovur. Bulyonu əlavə edib, tərəvəzlər yumşalana qədər bişir.

Şokoladlı rahathulqum

Ərzaqlar:
Yoqurt - 3 qutu
Şokoladlı peçenye -300 qr.
Jelatin - 15 qr.
Vanil - 1 paket
Süt - 1/2 stəkan

Hazırlanması:
Jelatini südlə qarışdırıb, vam odda əriyənə qədər bişir. Yoqurtu vanillə qarışdırıb, jelatinə əlavə et. Peçenyeləri əzib, bir qaba yığıb, üzərinə yoqurtlu qarışığı tök. Üstünə xırdalanmış şokolad əlavə edib, soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə ver.

Milli.Az


Etiketlər:  İftar üçün maraqlı reseptlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ