Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir narkotik əməliyyatı: 3 nəfər ələ keçdi - FOTO

Daha bir narkotik əməliyyatı: 3 nəfər ələ keçdi - FOTO

Tarix: 27 Mart 2023 09:56

Samuxda sakinlərindən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb. Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan "metamfetamin" aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb,araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Daha bir narkotik əməliyyatı 3 nəfər ələ keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ