Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yardım edək, ancaq aldanmayaq - DİN-dən Ramazan xəbərdarlığı

Yardım edək, ancaq aldanmayaq - DİN-dən Ramazan xəbərdarlığı

Tarix: 27 Mart 2023 16:04

Daxili İşlər Nazirliyi (DİN) Ramazanda yardım kampaniyası adı altında dələduzluq edənlər barədə xəbərdarlıq edib.

Milli.Az-ın məlumatına görə, xəbərdarlıqda deyilir:

"Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.

Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik".

Milli.Az


Etiketlər:  Yardım edək ancaq aldanmayaq DİN dən Ramazan xəbərdarlığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ