Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ayla ilə xoşbəxtliyim tamamlandı”

“Ayla ilə xoşbəxtliyim tamamlandı”

Tarix: 27 Mart 2023 20:25

Müğənni Sevda Yahyayeva aylar öncə dünyaya gələn qızı Ayla barədə danışıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi ana olduqdan sonra həyatında baş verən müsbət dəyişikliklərdən söz açıb.

Bu haqda ifaçı "Özəl" verilişində qonaq olarkən deyib:

"Yeni bir səhifədir. Bu hisləri yaşadığıım üçün Allaha şükür edirəm. Çünki bu mənim ən böyük arzum idi. Çox sevinirəm ki, analıq hisslərini yaşayıram. Doğrudan da, övlad valideyni dəyişir. O mənada ki, insan həyata daha bərk sarılır. Həyat daha gözəlləşib, rənglənir, işıqlı olur. Hər səhər böyük bir sevinclə,  istəklə oyanırsan. İndi mənim xoşbəxtliyim tamamlandı. Həqiqətən də, övlad evə işıq, nur gətirir. Arzu edirəm ki, Allah bütün balaları qorusun, sağlam, xoşbəxt böyüsünlər".

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir.


Etiketlər:  Ayla ilə xoşbəxtliyim tamamlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ