Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir

ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir

Tarix: 28 Mart 2023 08:38

ABŞ rəhbərliyi Ukraynadakı müharibəyə münasibətini daha az ehtiyatlı və daha sərt istiqamətə dəyişir və indi Kiyevin Rusiya Federasiyası ilə qarşıdurmada qalib gələcəyinə və itirilmiş əraziləri geri alacağına ümid edir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "The Times" ABŞ Prezident Administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə istinadən yazır.

Onun sözlərinə görə, məqsəd Ukraynanın "suverenliyini və müstəqilliyini" təmin etməkdir ki, bu da itirilmiş ərazilərin qaytarılması deməkdir.

Nəşr diqqəti bir müddət əvvəl ABŞ Prezidenti Cozef Bayden və onun ətrafının Ukrayna və NATO-nun "nüvə dövləti ilə məşğul olduğunu" xatırladaraq, eskalasiyadan yayınmağa çalışmasına yönəldir. Lakin son vaxtlar NATO Kiyevi getdikcə daha müasir silah və zirehli texnika ilə təmin edərək daha qətiyyətli davranmağa başlayıb.

Əvvəllər Vaşinqton da Rusiya üzərində qələbədən deyil, Ukraynaya ən güclü danışıqlar mövqeyini təmin etməkdən danışmağa üstünlük verirdi.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynadakı müharibəyə yanaşmasını dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ