Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO

Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir - VİDEO

Tarix: 28 Mart 2023 10:48

2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlər davam edir.

Milli.Az


Etiketlər:  Tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ