Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öz gözündə tiri görməyən Fransa - Makron insanlığa qarşı...

Öz gözündə tiri görməyən Fransa - Makron insanlığa qarşı...

Tarix: 28 Mart 2023 12:58

İllər uzunu özünü dünyaya Avropanın ən sabit, demokratik və təhlükəsiz ölkəsi imici ilə sırımağa çalışan Fransa ağır günlərini yaşayır. Özünü "demokratiyanın beşiyi" sayan ölkənin daxilində etirazlar günbəgün artır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, ölkə növbəti inqilaba sürüklənir. Paytaxt Paris də daxil olmaqla ölkəni bürüyən iğtişaşlar, sosial tələblər, diskriminasiya elementləri Fransanın, bütövlükdə Avropanın gündəmini tutub. Getdikcə nüfuzunu itirməkdə olan hakimiyyət pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli qanun layihəsinini ortaya atıb və bu da kütləvi tətillər və etirazlara rəvac verib.

Küçələrə axışan bir milyondan çox fransalı ilə polis əməkdaşları arasında qarşıdurma pik həddə çatıb. Aksiya içtirakçıları 2030-cu ilə qədər pensiya yaşının qaldırılmasını nəzərdə tutan qanun layihəsinin geri götürülməsini tələb etsələr də, hakimiyyət geri çəkilmir. Prezident Emmanuel Makronun qeyri-populyar pensiya dəyişiklikləri, o cümlədən uyğun yaş həddinin yüksəldilməsi yolu ilə parlamentdən yan keçmək və məcbur etmək qərarına qarşı keçirilən etirazlar zamanı bir gecədə Fransada 300-dən çox insan həbs edilib.
Makron baş nazirə konstitusiyanın 49.3-cü maddəsinə istinad etməyi tapşırıb ki, bu da hökumətin parlamentin səsverməsi olmadan qanun layihəsini qəbul etməsinə icazə verir, çünki o, deputatların qanun layihəsinin əleyhinə səs verəcəyi təqdirdə ölkə üçün çox böyük iqtisadi risk olduğunu deyib.

Beləliklə, tək xarici deyil, daxildə də nüfuzunu itirən Makron hakimiyyəti getdikcə çıxılmaz bir duruma düşür. Yarıtmaz siyasət ona gətirib çıxarıb ki, Fransanın beynəlxalq miqyasda oynamağa çalışdığı bütün siyasi gedişlər iflasa uğrayır. Özünün "müstəmləkəçilik", "təcavüzkarlıq" siyasətindən əl çəkməyən Fransa nüfuzunu itirə-itirə gedir. Səbəb də bəllidir - separatizmə dəstək, vaxtilə müstəmləkəsi olduğu ölkələrə qarşı ayrı-seçkilik, ikili standartlar və s.

Götürək elə Korsikanı. Fransaya məxsus Korsika adasının yerli parlamentində, dövlət müəssisələrində, o cümlədən Korsika Assambleyasında debatlar zamanı Korsikan dilinin istifadəsinə qadağa qoyulması korsikalılara qarşı etnik və mədəni terrorun dövlət səviyyəsində həyata keçirildiyinin göstəricisi hesab etmək olar. Bu, o deməkdir ki, rəsmi Paris 150 min nəfərdən çox insanın danışmaq hüququnu əlindən alır və ya onları heçə sayır. Təbii ki, bu, beynəlxalq konvensiya və hüquqa zidd qərardır. Belə bir deyim var ki, bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al. Fransanın bu addımına başqa prizmadan yanaşmaq mümkün deyil. Və paradoks isə ondan ibarətdir ki, bütün bunlar demokratiya, insan hüquqlarının müdafiəsinə görə digər ölkələri qınayan bir dövlətdə baş verir.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Öz gözündə tiri görməyən Fransa Makron insanlığa qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ