Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tacik məktəbli azərbaycanlı bloqerin verdiyi "Lamborghini"dən imtina etdi - FOTO

Tacik məktəbli azərbaycanlı bloqerin verdiyi

Tarix: 28 Mart 2023 18:00

Xəbər verdiyimiz kimi, Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov bir neçə həftə əvvəl "Instagram" hesabında keçirdiyi yarışda qalib gələn tacikistanlı 11-ci sinif şagirdi Ümidcan qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngli lüks "Lamborghini Urus" avtomobilindən imtina edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu haqda bloqer sosial şəbəkə hesabında məlumat verib.

Həsənov bildirib ki, 17 yaşlı qalib ondan "Lamborghini Urus" avtomobilin yerinə nəqliyyat vasitəsinin dəyəri olan 30 milyon rublu istəyib.

"Ümidcan məndən "Lamborghini Urus" avtomobilin yerinə pul istədi. Çünki, sözügedən nəqliyyat vasitəsi ona lazım deyil. Onun 17 yaşı var. Mən səni çox gözəl başa düşürəm. Mən Tacikistana gəldiyimdə mütləq şəkildə bu pulları hara xərclədiyini və nə aldığını izləyicilərə göstərəcəyəm", - deyə Həsənov vurğulayıb.

Milli.Az


Etiketlər:  Tacik məktəbli azərbaycanlı bloqerin verdiyi Lamborghinidən imtina etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ