Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yol polisi sürücülərə xəbərdarlıq etdi: havanın kəskin dəyişməsi ilə bağlı

Yol polisi sürücülərə xəbərdarlıq etdi: havanın kəskin dəyişməsi ilə bağlı

Tarix: 30 Mart 2023 09:34

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib .

İdarədən Milli.Az-a daxil olan müraciətdə bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, martın 30-dan başlayaraq iki gün ərzində ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

"DİN-in Baş Dövlət Yol Polisi İdarəsi​ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər"-müraciətdə qeyd edilib.

Milli.Az


Etiketlər:  Yol polisi sürücülərə xəbərdarlıq etdi havanın kəskin dəyişməsi ilə bağlı


RƏYLƏR