Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 11:02
Bakıda avtomobil qadını vuraraq öldürüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Pirallahı rayonu ərazisindən qeydə alınıb.Həsənov Əli Vaqif oğlu idarə etdiyi "Dacia Logan" minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Eyravilova Esmira Məhəmməd qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanıb.