Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 21:15
Türkiyə pop musiqisində 90-cı illərdə iz qoyan sənətçilərdən Yonca Evcimik televiziya verilişində qonaq olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Gökay Kalaycıoğlunun suallarını cavablandıran sənətçi karyerası boyunca nalayiq təkliflər aldığını, lakin heç birini qəbul etmədiyini bildirib.
"Bu nöqtələrə çatmaq mənim üçün asan olmadı. Heç kimə güzəşt etməmişəm. Heç kim "mən buna kömək etdim, dəstəklədim" deyə bilməz. İnsanlar mənə belə təkliflər edirdilər, qəbul etmədim. Hər şeyi özüm etmək istəyirdim. Mən nalayiq təkliflər də almışam. Heç vaxt ailəmdən və mövqeyimdən güzəştə getməmişəm, etməyəcəyim də. Buna görə çox rahatam. Təklifləri qəbul etmədiyim üçün məni sındırmağa çalışdılar".
Yonca Evcimik gənc nəslin məşhur adlarından olan Aleyna Tilkini də özünə bənzədib:
"Aleyna Tilkinin münasibətini və görünüşünü illər öncəki özümlə müqayisə edirəm. Bir vaxtlar mən nə idimsə, indi Aleyna Tilki odur. Nümunə olmaq məni heç vaxt narahat etmir".