Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 12:36
Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir: "Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur".
Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bir müddət sonra evə buraxılmış, müalicəsi evdə davam etdirilmişdi.