Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Meyxana Rəşadla bitmədi''

''Meyxana Rəşadla bitmədi''

Tarix: 31 Mart 2023 17:15

Meyxanaçı Orxan Lökbatanlı "13 sual" yutub layihəsinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı hazırda həbsxanada olan həmkarı Rəşad Dağlıdan danışıb. O bildirib ki, tez-tez meyxanaçını ziyarətə gedir:

"Gedirəm görüşürəm, maraqlanıram. Qardaşım, dostumdur. Ailəsi mənim doğmam kimidir. Yaxşıdır, bundan da yaxşı olsun. Heç kim belə olmasını istəməzdi, Allah qapısını açsın".

Lökbatanlı "Meyxananın şiri Rəşad Dağlıdır desək, çaqqalı kimdir?" sözlərinə "Şiri tanıyıramsa, çaqqalla işim olmaz" reaksiyasını verib.

"Aydınla meyxana silkələndi, Vüqarla çökdü, Rəşadla bitdi" sözlərinə "Meyxana bitmədi, dünya durduqca söz də var. Yenə meyxana deyənlər yetişəcəklər" cavabını verib.

Milli.Az


Etiketlər:  Meyxana Rəşadla bitmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ