Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2023 22:10
Rusiyadan xaricə pul köçürülməsinə tətbiq olunan məhdudiyyətlər daha altı ay uzadılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib. Qeyd olunub ki, məhdudiyyətlər bu ilin sentyabrın 30-dək qüvvədə olacaq.
Məhdudiyyətlərə əsasəm, Rusiya vətəndaşları və dost ölkələrin rezidentləri xarici bank hesablarına 1 milyon dollardan çox olmayan (və ya digər valyutalarda ekvivalenti) köçürə bilərlər.
- Pul köçürmə sistemləri vasitəsilə limit - 10 min dollardan çox olmamalıdır.
- Rusiyada işləyən qeyri-rezidentlər əmək haqqına bərabər məbləğdə xaricə vəsait köçürə bilərlər.
- Rusiyada işləməyən qeyri-rezident fiziki və hüquqi şəxslər üçün xaricə pul köçürmələri qadağandır. Rusiya vətəndaşları və ya təşkilatları tərəfindən idarə olunan xarici şirkətlər isə istisnadır.